• Home
  • Blog
  • Saytın hazırlanması zamanı vacib olan mərhələlər

Blog

Saytın hazırlanması zamanı vacib olan mərhələlər

Saytın hazırlanması zamanı vacib olan mərhələlər
Saytın hazırlanması zamanı vacib olan mərhələlər Hazırlamaq istədiyiniz saytın bir səhifəlik və ya 15-20 səhifəlik olmasından asılı olmayaraq, bunun üçün vaxt, səy və pul sərmayəsi tələb olunacağını qəbul etməlisiniz. Ona görə ki, bu bir növ daşınmaz əmlak rolunu oynayır və sizin şəxsi mülkünüz hesab edilir. Tikintisini və təşkilatlığını şəxsən idarə etdəcəyiniz bir əmlak. Bu səbəbdən də sizin vəzifəniz saytın müştərilər üçün mümkün qədər keyfiyyətli və rahat olacağına əmin olmanızdır. Bir evin tikintisində çəkic, mişar və ya digər tikinti alətlərini işə salınmazdan əvvəl bütün layihənin ən kiçik detallarına qədər ölçüb-biçildiyi kimi, eyni şeyi internet resursuna da aid etmək olar.
Saytın planlaşdırılmasının önəmi İnsanların bir çoxu düzgün plan hazırlamaq üçün vaxt ayırmadan dərhal “döşəməyə mismar” vurmaqdan başlayır. Ancaq düzgünlük ondan ibarətdir ki, hansı növ işlə məşğul olmağınızdan asılı olmayaraq (veb saytı yaratmaq, ev tikmək və ya marketinq şirkəti yaratmaq) vaxtın üçdə ikisini planlaşdırmağa və ondan sonra yalnız üçdə bir hissəsini isə həyata keçirməyə sərf etməliyik. Layihənin planlaşdırma mərhələsində vaxta qənaət etmək, işin bir hissəsini yenidən yerinə yetirmək məcburiyyətində qalmağa məcbur edən gözlənilməz səhvlərə gətirib çıxara bilər. Beləliklə, veb sayt hazırlayarkən nələrə diqqət yetirilməlidir və bu prosesdə hansı addımlar atılmalıdır?
1.Analitika
İlk növbədə hədəfiniz olan auditoriyanı müəyyən etmək və rəqiblərinizi təhlil etməklə başlamaq lazımdır. Sayt sahibi özünün hədəf auditoriyasını, tələbatını və zəif yerlərini anlamalıdır. Bu zaman o, öz saytını öz maraqlarına uyğunlaşdırmaqla yanaşı, ondan özünə mənfəət əldə etməyi bacaracaqdır.изображение_2022-12-04_121744543.png
Özümüz üçün bu suallara cavab tapmağa dəyər:
  • Sayt kimin üçün nəzərdə tutulub?
  • Potensial müştərilərinizin üstünlükləri hansılardır?
  • Onlar üçün hansı məlumat faydalı və maraqlı ola bilər?
  • Hansı rabitə kanallarından istifadə edirlər?
Birbaşa rəqiblərinizi nəzərdən keçirin, onların həll yollarını öyrənin, üstünlükləri və çatışmamazlıqlarını axtarın tapın. Bundan sonra bu kriteriyaları öz xeyrinizə istifadə edin. Sizi fərqləndirəcək əməllərinizə, sizə əlverişli şərait yaradan üstünlüklərinizə və sonda öz zövqünüzə  etimad edin ki, bu xüsusiyyətlər sizi hər zaman zirvədə olmağınıza kömək edəcək.
2.Strategiya
Saytınızın məqsədini, onunla nəyə nail olmaq istədiyinizi və buna nail olmaqda sizə hansı vasitələrin kömək edəcəyini müəyyənləşdirin. Biznes resursunun məqsədləri tamamilə fərqli ola bilər:изображение_2022-12-04_122040671.png
  • Satış etmək (elektron ticarət üçün).
  • Müştəriləri cəlb etmək.
  • Məhsul və ya onun xəttini təqdim etmək.
  • Xidmət haqqında məlumat vermək
  • İdarəçilər toplamaq (əlaqə məlumatları əldə etmək).
  • Şirkətiniz haqqında məlumat vermək.
  • Müştərilərlə uzunmüddətli əlaqələr qurmaq.
  • Hədəfinizdə olan auditoriyanı məlumatlandırmaq.
  • Rəqəmsal məhsullardan istifadə edərək markanızın əhatə dairəsini və tanıtımını artırmaq.
Bir sayt eyni anda bir neçə məqsəd üçün uyğun ola bilər. Ancaq sadalanan strategiyaların hər birini individual olaraq yerinə yetirən mürəkkəb fərdi layihələr də olur.
Hansı nəticənin lazım olduğunu düzgün müəyyən etmək və bu məlumatlar əsasında saytın yaradılması üzrə işin qalan mərhələlərini formalaşdırmaq çox vacibdir.
3.Texniki tapşırıqların hazırlanması
изображение_2022-12-04_122436893.pngSon dərəcə vacib olan bir addımdır. Səhvlər burada qəbuledilməzdir, çünki onlar istənilən mərhələdə görünə bilər və nəticədə layihəni yenidən çox geriyə ata bilər. Texniki tapşırıqda layihənin tələblərini və rəqiblərinizin auditoriyasının təhlilini qeyd edin. Məqsədlərinizi və strategiyanızı nəzərə almaqla layihənin əsas tələblərini, onun imkanlarını və iş üslubunu müəyyən edin. Əslində, əvvəlki iki mərhələ yüksək keyfiyyətli texniki şərtləri tərtib etmək və onu mütəxəssislərə ötürmək üçün həyata keçirilir.
Texniki tapşırıqlarda əsas tələblər:
  • Etməli olduğunuz hər şey texniki tapşırıqda göstərilməlidir. Bu bir işin məcburi bir hissəsi olsa belə və bunu siz yüz dəfələrlə etmiş olsanız belə. Hər bir tələb və işin hər bir tərəfi yazılmalıdır.
  • Hər hansı qeyri-müəyyən ifadə və ya subyektivizmin texniki tapşırıqda yeri yoxdur. Bu işin necə ediləcəyini söyləyən bir təlimatdır və "yaxşı", "gözəl", "cazibədar" anlayışları hər kəs üçün fərqlidir.
  • Mütəxəssis dəqiq və başa düşən olmalıdır. Bu o deməkdir ki, mütəxəssis məsuliyyətli olmalıdır ki, ondan tam olaraq nə istədiklərini yenidən təkrar soruşmasın.
4.Prototipləşdirmə
изображение_2022-12-04_123730621.pngİlk növbədə başadüşülən olması üçün elementlərin və naviqasiyanın təfərrüatlı ilə prototip yaradılmalıdır. Prototip xüsusi diqqət tələb edir. İndi həddən artıq bir çox veb saytlar naviqasiya rsadəliyi və rahatlığı nəzərə alınmadan yaradılır. Niyə bir çox insan Apple məhsullarını sevir? Çünki onlar intuitivdirlər, yəni çox asan başa düşüləndirlər. İstifadəçi məhsulla ilk təmasda ondan necə istifadə edəcəyini başa düşür.
Dizayner ilk növbədə interfeysin rahatlığını təmin etməlidir. Səhifədəki bütün elementlər elə yerləşdirilməlidir ki, istifadəçi onları asanlıqla tapıb istifadə edə bilsin. Məlumat bloklarının düzülüşündən istifadə edərək, dizayner ziyarətçinin diqqətini cəlb etməli, ona bu anda nəyə ehtiyac duyduğunu və ya görmək istədiyini göstərməlidir.
5.Dizaynın planlarını yaradın
Saytın dizayn mərhələsi resursun vizual görünüşünə cavabdehdir:
  • rəngi
  • forması
  • şrifti
  • animasiyası
изображение_2022-12-04_124049975.pngDizayner müştərinin korporativ üslubuna riayət etməli, loqo əlavə etməli, saytı tam görünüşlü və şirkətin tələbatına uyğunlaşdırmalıdır.
Trendləri izləmək yaxşıdır, lakin dizaynı çox "modalı" etməyin, o, müasir olmalı və ən azı iki il aktuallığını qorumalıdır. Daha sonra resurs axtarış botlarının, ziyarətçilərin və müştərilərin etibarını qazandıqdan sonra onun görünüşünü yenidən dəyişə bilərsiniz.
 6.Tərtibat
İş başa çatdıqdan sonra dizayner məhsulu təsdiq etmək üçün sifarişçiyə göndərir və yalnız təsdiqdən sonra onu adaptiv dizayna başlayır. Bu miniatürlərin HTML tərtibatda, yəni saytın tərtibatını istənilən brauzerə və cihaza (PC, planşet, smartfon və digər qadjetlərə) uyğunlaşdırılması deməkdir.изображение_2022-12-04_130146832.png
“Yeddi dəfə ölç, bir dəfə biç” deyimi burada lap yerinə düşür. Tez-tələsik saytın ilk dizaynını tərtibat üçün göndərib, sonrada onu dəfələrlə yeniləməkdənsə, yaxşısı dizaynı yeddi dəfə ölçüb hazırlayın, bir dəfə HTML-yə çevirmək daha yaxşıdır. Gələcəkdə sonra yenə lazım gəlsə redaktə edib yeniləmək olar. Əsasda burada müştəri ilk növbədə diqqətli olmalıdır. Saytın konsepsiyasını təsdiqləyən odur. Müştəri saytın dizayn müzakirəsində nə qədər fəal iştirak etsə, onun resursu gözləntilərinə cavab vermə ehtimalı yüksək olacaq.
7.Proqramlaşdırma
Proqramlaşdırmaya nə ehtiyac var? Əslində dizaynerlər artıq hər şeyi cızma-qara ediblər, maket tərtibatçıları eskizləri HTML-yə çeviriblər – saytın tərtibatını World Wide Web-ə uyğunlaşdırıblar.изображение_2022-12-04_130441748.png Sonra hansı etap gəlir? Bəli sonrakı etapda səhnəyə bir proqramçı daxil olur və saytı canlandırmağa başlayır. Misal üçün zəng düyməsinin nümunəsində izah etmək daha yaxşı olar. Tutaq ki, dizayner onu düzbucaqlı və yaşıl formada edib, içinə dəvətedici bir şüar qoyub (məsələn, "İndi bilet sifariş et"). Bütün bunlar yaxşıdır. Amma düyməni aktiv etmək lazımdır! Ona görə ki, istifadəçi dərhal bilet sifariş etmə səhifəsinə daxil olduqda və siçanla möcüzənin baş vermədiyini görüb isterika düşməsin.
Ümumiyyətlə, proqramçı, dizayner tərəfindən hazırlanmış və tərtibatçı tərəfindən tərtib edilmiş HTML saytı müəyyən bir proqramlaşdırma dili ilə (PHP, Java, JavaScript, Python və ya ASP.NET texnologiyaları kimi) bütün saytın atributlarını yazan şəxsdir.
Bəzən tərtibat və proqramlaşdırma mərhələsi eyni vaxtda həyata keçirilir. Təbii ki, layihənin miqyası imkan verərsə.
8.Əsas məlumatların yazılması
Materialsız sayt quşsuz quş yuvasına bənzəyir. Məlumatların əlavə edilmə mərhələsi, məzmunun tələb olunan formata çevrilməsini və onu resursun səhifələrdə yerləşdirilməsini nəzərdə tutur. Materiallar əvvəlcədən hazırlanır.изображение_2022-12-04_130659375.png
Onlar həm kopirayterlər, həm də əvvəlcədən tərtib edilmiş texniki tapşırıqlara uyğun olaraq, sayt sahibi və ya mətnlərin xüsusiyyətlərini bilən və söz sənətinə sahib olan hər hansı bir şəxs tərəfindən yazıla bilər. Amma iş bununla bitmir. Məzmunun daimi yenilənməsi lazımdır. Əks halda, axtarış botları sıralama zamanı saytdan yan keçəcək. Mühüm amil müştərilərin marağıdır. Daim aktual məlumatlarla yenilənməsi vacibdir.
9.Sınaqdan keçirmək
Baxmayaraq ki, saytın hər bir tərtibat mərhələsindən sonra resurs “işləyir və ya işləməməsini” mütəmadi olaraq yoxlanılır, sonda yekun sınaq mütləq zəruridir. Sınaq zamanı müxtəlif qüsurlar aşkar edilə bilər və siz  onları dərhal aradan qaldırmalısınız.изображение_2022-12-04_131229383.png
Bir qayda olaraq sınaq və yayımlanması üçün sayt xüsusi platformada yerləşdirilir. Ən əsası da mütləq sayt müxtəlif brauzerlər də, ayrı-ayrılıqda yoxlanmalıdır. Bütün səhvlər aradan qaldırıldıqdan sonra layihə bütün faylları ilə birlikdə İnternetə “daimi yaşayış” yerinə - hostinqə köçürülür. Ancaq bu hamısı deyil. Transferdən sonra resurs yenidən sınaqdan keçirilməlidir.
Bunlardan sonra siz həmçinin saytın SEO optimizasiyasını da yerinə yetirməlisiniz. Bu saytın axtarış portallarında ilk sıaralara düşməsinə və təşviqinə görə çox önəmlidir.
10.Texniki dəstək
Bitmiş layihəni köçürərkən mütəxəssislər idarə paneli ilə, həmçinin statistika toplama xidmətləri ilə necə işləməyi öyrədirlər. изображение_2022-12-04_131506016.pngBundan sonra sahibi tamamilə müstəqil olaraq yeni məlumatları dərc edə bilər, səhifələr yarada bilər, məhsullar yerləşdirə bilər, davranış göstəricilərinin analitikası üçün məlumat toplaya bilərvə resursun qalan funksional imkanlarından istifadə edə bilər. Müştərinin hər hansı bir sualı olsa, tərtibatçı şirkət olaraq müştərilərə hər zaman kömək etməyə hazır olmalısınız. Eyni şey xətlara da aiddir, əgər onlar saytın təhvilindən sonra birdən ortaya çıxsalar - texniki dəstək qrupu onlaraq dərhal aradan qaldırmalısınız.

Tags: Site, Analitika, Strategiya, Prototipləşdirmə, Dizayn, Tərtibat, Proqramlaşdırma

Bizim F12 Studiyamız:

Studiyamız inkişaf edən xətt üzrə irəlləməyi bizi çox sevindirir və həmçinin bizləri yeni-yeni innovasiyalara sövq edir. Sevindirici haldır ki, studiyamız dünya miqyasında tanınır və müştərilərimiz dünyanın hər bir tərəfində mövcuddur. Layihələrinizi bizim F12 Studiyamıza etdiyiniz üçün sizlərər sonsuz təşəkkürlərimizi bildiririk.

Əlaqə məlumatları